Kənd təsərrüfatı və aqrobiznes sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin bir araya gəldiyi 4-cü Aqrobiznes İnkişafı Forumu uğurla başa çatdı. Forum çərçivəsində aqrar sektorda çalışan sahibkarlar, dövlət qurumlarının nümayəndələri və lizinq şirkətləri arasında qarşılıqlı təcrübə mübadiləsi aparıldı, sahənin inkişaf perspektivləri müzakirə olundu.
“Azmaş Lizinq” MMC olaraq biz də forumda fəal iştirak etdik. Tədbirdə şirkətimiz kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə təmin olunması istiqamətində gördüyü işlər, fermerlərə təqdim olunan əlverişli maliyyələşdirmə şərtləri və aqrar sektorun dayanıqlı inkişafına töhfəmiz haqqında geniş məlumat verdik.
Forum çərçivəsində keçirilən rəsmi təqdimat mərasimində “Azmaş Lizinq” MMC 2024-cü il ərzində ən çox lizinq müqaviləsi başlayan şirkət nominasiyası üzrə təltif olundu. Bu mükafat, fermerlər və aqrobizneslə məşğul olan sahibkarlarla qurduğumuz güclü əməkdaşlığın, göstərdiyimiz yüksək xidmət keyfiyyətinin və ölkənin aqrar sahəsinə verdiyimiz dəstəyin bariz nümunəsidir.
“Azmaş Lizinq” MMC olaraq, əsas hədəfimiz kənd təsərrüfatı texnikasına çıxışı asanlaşdırmaq, yerli istehsalçıların və fermerlərin texniki təminatını gücləndirməkdir. Gələcəkdə də innovativ lizinq həlləri və fermerlərə yönəlik dəstək proqramlarımızla bu missiyamızı davam etdirməyə sadiqik.
Bizə göstərilən etimada və bu dəyərli mükafata görə təşkilatçılara təşəkkür edir, kənd təsərrüfatının inkişafında üzərimizə düşən məsuliyyəti layiqincə daşımağa davam edəcəyimizi bildiririk.