Çiləyici Turbo 1000 litr

Çiləyici Turbo 1000 litr

Texniki Göstərici Dəyəri
Model Turbo Hava Yardımlı Çiləyici
Tank Tutumu 1000 litr
Tank Materialı Polietilen və ya Fiberglas
Nasos Tipi Pistonlu və ya Membranlı
Nasos Debiti 120 – 150 l/dəq
Nasos Təzyiqi 20 – 40 bar
Ventilyator Çapı 900 mm
Ventilyator Tipi Radial, ikili çıxışlı
Püskürtmə Başlıqları 10 – 12 ədəd
Qoşulma Tipi Traktor arxasına qoşulan
Təkər Ölçüsü 900×10 və ya bənzəri
Tətbiq Sahəsi Meyvə bağları, üzüm bağları, fındıq bağları

Turbo Hava Yardımlı Çiləyici (1000 litr) Haqqında Məlumat:

Əsas Hissələr:

  1. Tank (Çən): Sarı rəngli plastik və ya fiberglas materialdan hazırlanır. Dərman mayesi üçün istifadə olunur. Tutumu adətən 1000 litrdir.

  2. Ventilyator: Ön hissədə yerləşən və dərmanı hava axını ilə bitkilərə yönəldən əsas hissədir. Çox zaman 900 mm diametrli olur.

  3. Püskürtmə başlıqları: Ventilyatorun ətrafında yerləşir və mayeni incə hissəciklər şəklində püskürdür.

  4. Nasos: Mayeni təzyiqlə püskürtmə başlıqlarına ötürür. Yüksək təzyiqli pistonlu və ya membranlı olur.

  5. Təkərlər və Şassi: Traktorla çəkilən tipdədir.

 

Üstünlükləri:

  • Geniş sahəni qısa müddətdə dərmanlama imkanı.

  • Aşağı hündürlüklü və sıxlıq orta olan bağlar üçün ideal.

  • Təzyiqə davamlı, paslanmayan materiallar.

  • İdarəetməsi və istifadəsi asan.

Suallarınız varsa əgər, aşağıdakı fomu doldurub bizə göndərin. Sizinləmütəxəssislərimiz əlaqə saxlasınlar:
Bu postu paylaş :