
| Xüsusiyyət | Göstərici |
|---|---|
| Diş (ayaq) sayı | 3 – 5 – 7 (modeldən asılı olaraq) |
| İşləmə eni | 180 – 300 sm |
| İşləmə dərinliyi | 30 – 55 sm (tənzimlənə bilər) |
| Mərdanə növü | Borulu və ya diskli |
| Traktor gücü tələbi | 90 – 150 HP |
| Qoşulma tipi | 3 nöqtəli asma sistem |
| Çəki | 600 – 1200 kq (modelə görə) |
| Material | Gücləndirilmiş struktur polad |
Mərdanəli riper, torpağın dərin qatlarının şumlanması və havalandırılması üçün istifadə olunan aqreqatdır. Ənənəvi şumdan fərqli olaraq, torpağı çevirmədən alt qatlara qədər parçalayır. Arxa hissədə yerləşdirilən mərdanə (borulu və ya diskli tip) torpağı parçalayaraq səthi bərabərləşdirir və sıxılmanın qarşısını alır. Bu, suyun torpağa daha yaxşı hopmasına və kök sisteminin inkişafına şərait yaradır.
Təyinat: Dərin torpaq becərilməsi, torpaqda sıxlaşmanın aradan qaldırılması
Əlavə: Mərdanə (torpağın səthini parçalama və hamarlama funksiyası ilə)
Tətbiq sahəsi: Bağçılıq, taxıl əkinləri, pambıqçılıq, istixana və digər dərin köklü bitkilər
Üstünlüklər:
Torpağın alt qatlarını havalandırır
Suyun torpağa keçməsini asanlaşdırır
Kök inkişafını sürətləndirir
Mərdanə torpağın səthini bərabərləşdirir