Azmaş Lizinq MMC Saatlıda keçirilən Aqrar Biznes Festivalında iştirak etdi
Azmaş Lizinq MMC kənd təsərrüfatı sektorunun inkişafına dəstək məqsədilə Saatlı rayonunda keçirilən Aqrar Biznes Festivalında fəal iştirak edib. Festival çərçivəsində şirkət Belarus istehsalı olan MTZ 1221.2, MTZ 80X modelləri və müxtəlif asılan və qoşulan aqreqatları ziyarətçilərə təqdim edib.
Tədbir zamanı fermerlər və ziyarətçilər təqdim olunan texnikalarla yaxından tanış olub, lizinq şərtləri barədə ətraflı məlumat alıblar. Azmaş Lizinq MMC-nin nümayəndələri iştirakçılara texnikaların üstünlüklərini izah edib, onların kənd təsərrüfatında səmərəli istifadəsi ilə bağlı sualları cavablandırıblar.
Festivalda şirkətin stendi böyük maraqla qarşılanıb və Azmaş Lizinq MMC-nin təqdim etdiyi traktor və aqreqatlar aqrar sahədə məhsuldarlığın artırılması üçün etibarlı texnoloji həll kimi diqqət çəkib.
Azmaş Lizinq MMC bundan sonra da ölkə ərazisində keçirilən kənd təsərrüfatı sərgiləri və festivallarda iştirak etməklə fermerlərə daha yaxın olmağı və müasir texnikaların əlçatanlığını artırmağı hədəfləyir.



