Azərbaycanın kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərdən biri olan Azmaş Lizinq MMC, Caspian Agro 2026 beynəlxalq kənd təsərrüfatı sərgisində uğurla iştirak edib.
Sərgi çərçivəsində şirkət kənd təsərrüfatı texnikalarının lizinq yolu ilə əldə olunması imkanlarını, fermerlər üçün təqdim etdiyi sərfəli maliyyə həllərini və müasir aqrotexniki avadanlıqları nümayiş etdirib. Azmaş Lizinq-in stendi ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb və burada həm yeni, həm də mövcud müştərilərlə çoxsaylı görüşlər keçirilib.
Şirkət nümayəndələrinin sözlərinə görə, sərgi müddətində texnikaların əlçatan qiymətlərlə təqdim olunması, aşağı ilkin ödəniş imkanları və çevik ödəniş şərtləri fermerlərin xüsusi diqqətini cəlb edib. Eyni zamanda, yanacaq sərfiyyatına qənaət edən və istifadəsi rahat olan texnikalar haqqında təqdimatlar iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.
“Caspian Agro 2026” sərgisi Azmaş Lizinq MMC üçün yeni tərəfdaşlıqların qurulması, mövcud əlaqələrin gücləndirilməsi və kənd təsərrüfatı sahəsində innovativ həllərin təşviqi baxımından əhəmiyyətli platforma olub.
Şirkət gələcəkdə də bu cür beynəlxalq tədbirlərdə aktiv iştirak edərək, ölkədə aqrar sektorun inkişafına töhfə verməyi hədəfləyir.



